Yaxın Şərq
İran neft ixracını artırdı - Hörmüz boğazında hərəkətlilik pik həddə
İran ABŞ ilə imzalanan anlaşma memorandumundan sonra Hörmüz boğazı vasitəsilə neft ixracını ciddi şəkildə artırmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Keçən həftənin sonunda imzalanan qarşılıqlı anlaşma sənədi Yaxın Şərqin əsas logistika arteriyalarından biri hesab edilən Hörmüz boğazı üzərindəki gərginliyi müvəqqəti yumşaldıb və ABŞ sanksiyalarının qismən aradan qaldırılmasına gətirib çıxarıb. Bu barədə daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi da açıqlama vermişdi.
Bildirilir ki, hazırda üç iri supertankerin - "Elva", "Virgo" və "Vigor" Sinqapur sahillərinə doğru yola çıxmağa hazırlaşdığı qeyd olunur. Gəmi yükündə ümumilikdə 6 milyon barrel İran nefti var. Bu neftin daha sonra əsasən Çindəki neft emalı zavodlarına yönləndiriləcəyi ehtimal edilir.
Neftin yüklənməsi İranın əsas ixrac terminalı olan Xarq adasında həyata keçirilib. Eyni zamanda, ölkənin cənub-şərqində, Oman körfəzi sahilində yerləşən Çabahar limanından da böyük həcmdə ixracın həyata keçirildiyi bildirilir. Ümumilikdə son daşımalar nəticəsində İranın dəniz yolu ilə neft ixracı bölgədə müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.
Məlumata görə, ABŞ və İran arasında əldə olunan razılaşmanın əsas şərtlərindən biri Hörmüz boğazının açılması və xarici gəmilər üçün təhlükəsiz keçidin təmin edilməsi olub. Vaşinqtonun isə öz növbəsində İran limanlarına tətbiq olunan blokadanı yumşaltmağa razılaşdığı iddia edilir.
Analitiklər hesab edirlər ki, bu razılaşma Yaxın Şərqdən bazara daxil olan neft həcmini artırmaqla qlobal enerji qiymətlərində müvəqqəti sabitlik yarada bilər.
Müəllif: Adəm
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...






.jpg)



























.jpg)

