Yaxın Şərq
Qideon Saardan təxribatçı qərar: Saxta soyqırımı tanımaq üçün qətnamə təqdim edəcək
İsrailin xarici işlər naziri Qideon Saar əvvəlcə İsrail hökumətinə, sonra isə parlamentə saxta erməni soyqırımını rəsmi olaraq tanıyan qətnamə təqdim edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Saar “X” sosial şəbəkəsində yazıb: "İsrail hökumətinin növbəti iclasında İsrail hökuməti tərəfindən “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı qətnamə layihəsini təqdim edəcəyəm".
Nazir qeyd edib ki, qətnamə daha sonra İsrail parlamentinə (Knesset) təqdim olunacaq. Saarın sözlərinə görə, soyqırımı tanımaq mənəvi və tarixi bir borcdur və İsrail tarixi həqiqətin hər hansı bir inkarını, minimuma endirilməsini və ya təhrif edilməsini pisləməlidir.
“Times of Israel” qəzetinin məlumatına görə, İsrail uzun müddətdir ki, saxta soyqırımını rəsmi olaraq tanımaqdan yayınır, lakin son illərdə Türkiyə ilə münasibətlərinin pisləşməsi fonunda bəzi addımlar atıb.
Müəllif: Tural
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)












