Yaxın Şərq
İran Hörmüz boğazı ilə bağlı qərarı açıqladı: Onlar da cəlb olunacaq
İran Hörmüz boğazında gəmiçiliyin idarə olunması qaydalarının İran və Oman tərəfindən müəyyən ediləcəyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazı İran və Oman ərazi sularında yerləşir və ABŞ ilə müharibənin dayandırılması barədə imzalanmış memorandumun beşinci bəndi boğazda gəmiçiliyin idarə olunması ilə bağlı gələcək addımlar üçün əsas olacaq.
XİN-in açıqlamasına görə, İran və Oman Hörmüz boğazının gələcək idarə olunması, həmçinin bununla bağlı dəniz xidmətlərinin təşkili məsələləri üzrə danışıqlar aparacaq. Prosesə sonrakı mərhələdə Fars körfəzi ölkələrinin də cəlb olunacağı vurğulanıb.
Qeyd edək ki, iyunun 25-də Bəhreyndə keçirilən görüşdən sonra altı ərəb monarxiyasının xarici işlər nazirləri Hörmüz boğazından keçidə görə hər hansı ödəniş tətbiqi cəhdlərini rədd etmişdilər.
İran tərəfi isə daha əvvəl açıqlamışdı ki, mümkün ödənişlər gəmiçilik xidmətləri və Hörmüz boğazı, Fars və Oman körfəzlərində ekoloji vəziyyətin qorunması ilə əlaqələndirilir.
Bununla yanaşı, İran ABŞ ilə imzalanmış memorandum çərçivəsində sənədin qüvvəyə minməsindən sonra 60 gün ərzində boğazdan keçən gəmilərdən ödəniş almamağı öhdəsinə götürüb.
Xatırladaq ki, İran və ABŞ iyunun 18-nə keçən gecə memorandum imzalayıb. Sənəddə hərbi qarşıdurmanın dayandırılması, ABŞ-ın dəniz blokadasının ləğvi və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müddəalar yer alıb.
Adəm
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...






.jpg)



























.jpg)

