Yaxın Şərq
İsrailin müdafiə naziri İranı HƏDƏLƏDİ
İsrailin müdafiə naziri İsrail Kats İsrail və Livan arasında dünən imzalanmış "tarixi" sazişi qiymətləndirərək bildirib ki, bu, "onilliklər ərzində ilk dəfə olaraq şimal sərhədi boyunca və Livanda yeni və daha təhlükəsiz reallıq formalaşdıra bilər".
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu (İDF) daha əvvəl vəd etdiyi kimi Livandan tamamilə çıxmayacaq və hərbçilər öz təhlükəsizlik zonalarını, o cümlədən Bofor qalası dağ silsiləsi bölgəsini qoruyub saxlayacaqlar.
"Sınaq sazişin icrası olacaq, hələ qarşıda bir çox çağırışlar var", - deyən Kats əlavə edib ki, o, hərbçilərə "təhlükəsizlik zonasında uzunmüddətli mövcudluğa hazırlaşmağı və İDF əsgərlərini qorumaq, eləcə də şimaldakı yaşayış məntəqələri üçün təhdidləri aradan qaldırmaq üçün zəruri tədbirlər görməyi" tapşırıb.
O qeyd edib ki, sazişdə təsbit edilmiş vacib prinsip ondan ibarətdir ki, "Hizbullah" terror təşkilatı Livanın bütün ərazisində tam tərksilah olunana qədər heç bir çıxarılma olmayacaq.
Katsın sözlərinə görə, saziş eyni zamanda İran oxuna vurulmuş strateji zərbədir.
"İran təhdidlər və ABŞ-a təzyiqlər vasitəsilə İsraili qoşunları Livandan çıxarmağa məcbur etməyə çalışdı, lakin uğursuz oldu", - deyə İsrailin müdafiə naziri bildirib.
O, həmçinin Tehranı xəbərdar edərək bəyan edib ki, "əgər İran sazişin icrasına mane olmaq üçün İsrailə hücum etməyə çalışsa, Təl-Əviv ona qarşı böyük qüvvə ilə hərəkət edəcək.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)












