Yaxın Şərq
İran: Bu şiddətli hücumlar ABŞ-ın öz öhdəliklərinə əhəmiyyət vermədiyini göstərir
İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi zərbələrin BMT nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli barədə əldə edilən razılaşmaları pozduğunu bildirib.
Publika.az-ın məlumatına görə, bu barədə İranın xarici siyasət idarəsinin bəyanatında deyilir.
"İslam Respublikasının Xarici İşlər Nazirliyi bazar günü səhər saatlarında ABŞ Ordusu tərəfindən həyata keçirilən hava hücumlarını qətiyyətlə pisləyir. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılması haqqında Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulması olan bu şiddətli hücumlar ABŞ rejiminin öz öhdəliklərinə heç bir əhəmiyyət vermədiyini göstərir", - bəyanatda bildirilir.
İranın Xarici İşlər Nazirliyi respublikanın dövlətlərin özünümüdafiə hüququnu təsbit edən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək niyyətində olduğunu vurğulayıb.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)












