Yaxın Şərq
Hörmüz boğazında xaos, çaşqınlıq və təhlükə - Operatorlar mürəkkəb seçim qarşısında qalırlar
ABŞ və İran arasında əldə olunan razılaşmaya baxmayaraq, Hörmüz boğazında gəmiçilik "xaotik" olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Gəmiçilik şirkətləri bildiriblər ki, bu su yolunda kommersiya gəmilərinin operatorları və onların heyətləri çaşqınlıq və təhlükə ilə üzləşirlər. Hazırda boğazı keçmək üçün müxtəlif ölkələrin nəzarət uğrunda rəqabət apardığı üç marşrut mövcuddur:
- cənub marşrutu Omanın sahil sularından keçir;
- ikinci marşrut hərbi münaqişəyə qədər istifadə olunurdu və boğazın ortasından keçir;
- üçüncü marşrut şimalda yerləşir və İranın nəzarətindədir.
Telekanal qeyd edib ki, gəmi operatorları hansı yolu seçmək barədə mürəkkəb seçim qarşısında qalırlar. Belə ki, onlar birinci və ya ikinci variantı seçərlərsə, İslam Respublikasının hücumuna məruz qalma riski ilə üzləşirlər. Üçüncü marşrutu seçdikdə isə ABŞ və İran arasında razılaşmaya əməl olunmayacağı təqdirdə, onları Qərb sanksiyaları gözləyir.
"Kpler" şirkətinin baş fracht analitiki Metyu Rayt Hörmüzdəki vəziyyətin xaotik olduğu fikri ilə razılaşıb. O, həmçinin ABŞ və İslam Respublikasının bəyanatları arasında böyük fərq olduğunu qeyd edib.
Bundan əvvəl İran XİN-i xəbərdarlıq edib ki, üçüncü ölkələrin Hörmüz boğazı ətrafındakı vəziyyətə müdaxiləsi gərginliyi artıracaq. Bir həftə əvvəl atəşkəs rejimini elan etmələrinə baxmayaraq, son bir neçə gündə İran və Amerika hərbçiləri bir neçə dəfə bir-birini atəşə tutublar. SEPAH regiondakı Amerika hərbi bazalarını "əsl cəhənnəm" gözlədiyini bəyan edib.
Hüseyn İbadlı
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI






.jpg)




























.jpg)

