Yaxın Şərq
Livanda “Hizbullah”ın yeraltı binası məhv edildi
İsrail ordusu Livanın cənubundakı Macdel-Zun kəndi yaxınlığında "Hizbullah" hərəkatının yeraltı infrastrukturunu məhv edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrail Kats birgə bəyanatlarında bildiriblər.
İsrail tərəfinin məlumatına görə, uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən çox olan tunel aşkar edilərək sıradan çıxarılıb. Tunelin içərisində yüzlərlə sursat və İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış şaxtası olub.
Bəyanatda həmçinin qeyd olunur ki, əməliyyatı keçirməzdən əvvəl İsrail ABŞ-ı və onun Livandakı nümayəndəsini planlaşdırılan addımlar barədə qabaqcadan məlumatlandırıb.
Bundan əvvəl Kats bildirmişdi ki, orduya Livanın cənubundakı təhlükəsizlik zonasında uzun müddət qalmağa hazırlaşmağı tapşırıb. Hərbçilər müdafiə olunmaq və şimal yaşayış məntəqələri üçün təhdidləri aradan qaldırmaq iqtidarında olmalıdırlar.
Katsın sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə Livanla imzalanmış münaqişənin tənzimlənməsinə dair çərçivə sazişi "Hizbullah" şiə hərəkatı ölkənin bütün ərazisində tərksilah edilənə və İsrailin şimal sakinlərinin təhlükəsizliyi təmin olunana qədər İsrail Müdafiə Qüvvələrinin (İMQ) regiondan geri çəkilməsini nəzərdə tutmur.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































