Yaxın Şərq
Hörmüz boğazından xəbər: Aylar çəkə bilər
ABŞ-İran arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpası aylarla davam edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə Yaponiyanın iri gəmiçilik şirkəti "NYK Line"ın rəhbəri Takaya Soqa bildirib.
Onun sözlərinə görə, əsas problem boğaz akvatoriyasının minalardan təmizlənməsidir. Hazırda ərazidə 80-ə yaxın minanın qala biləcəyi ehtimal olunur.
Bildirilib ki, hazırda mülki gəmilər yalnız iki dar marşrut üzrə təhlükəsiz hərəkət edə bilir. Marşrutlardan biri İranın Larak adası yaxınlığından, digəri isə Oman sahilləri boyunca keçir.
“Əlçatan marşrutlar son dərəcə məhduddur. Biz əvvəlki şəraitdən hələ çox uzağıq”, - deyə Takaya Soqa vurğulayıb.
Şirkət rəhbərinin proqnozuna görə, boğaz yenidən açılsa belə, ilkin mərhələdə yükdaşımaların həcmi əvvəlki göstəricinin yarısından da az olacaq. Müharibədən əvvəlki səviyyəyə qayıtmaq üçün isə uzunmüddətli və riskli təmizləmə işləri tələb olunacaq.
Müəllif: Adəm
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI






.jpg)



























.jpg)


