Yaxın Şərq
Pezeşkian açıqladı: İran Qətərlə razılaşdı, 6 milyard dollar "azad edilir"
İran və Qətər arasında Tehrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin geri qaytarılması ilə bağlı razılıq əldə olunub.
Publika.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian açıqlayıb.
Onun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Qətərdə saxlanılan İranın ümumilikdə 12 milyard dollar həcmində aktivinin 6 milyard dolları blokdan çıxarılaraq ölkəyə qaytarılacaq.
“Razılaşmaya əsasən, Qətərdə olan İran vəsaitlərinin 6 milyard dolları azad ediləcək və ölkəyə qaytarılacaq. Qalan hissənin geri qaytarılması istiqamətində də zəruri işlər davam etdirilir”, - İran prezidentinin mətbuat xidməti onun sözlərini yayıb.
Xatırladaq ki, iyunun 20-də "The Wall Street Journal" ABŞ və Qətərin İranın dondurulmuş aktivlərinin bir hissəsinin humanitar malların alınmasına yönəldilməsi üçün mexanizm üzərində işlədiyini yazmışdı.
Adəm
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı








































