Yaxın Şərq
İranda gecə hücumu: SEPAH-ın iki hərbçisi öldürüldü
İranın qərbində yerləşən Pave şəhərində gecə saatlarında baş verən silahlı insident nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həlak olub, daha iki nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə İranın IRIB telekanalı məlumat yayıb.
İran mediasının məlumatına görə, hərbçilər atəşə tutulub. SEPAH insidenti terror aktı kimi qiymətləndirib.
Hadisə yerində araşdırma aparılır. Hücumu törədən şəxslərin kimliyi və məqsədləri müəyyənləşdirilir.
Qeyd edək ki, bu, İranın qərb bölgəsində qeydə alınan ilk belə hadisə deyil. İraqla sərhəddə yerləşən Kirmanşah əyalətində vaxtaşırı separatçı və kürd silahlı qrupları ilə qarşıdurmalar yaşanır.
Müəllif: Adəm
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı








































