Yaxın Şərq
İran qonşularını hədələdi: ABŞ-ın himayəsi altında təhlükəsiz olmayacaqsınız
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Bəhreyndə keçirilən regional təhlükəsizlik dialoqunu tənqid edib.
Publika.az xəbər verir ki, dialoq iştirakçılarının Hörmüz boğazındakı vəziyyəti müzakirə etməsi gözlənilir.
Qəribabadi sosial mediada yazıb: "Hörmüz ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) deyil, İranın komandanlığı altındadır".
Onun fikrincə, Bəhreyndə keçiriləcək hərbi sammit Fars körfəzində hüquqi nizam və təhlükəsizlik yarada bilməz.
"Regionun təhlükəsizliyi müdaxilələrə son qoymaqla və ABŞ-ın bölgədən çıxması ilə, ölkələrin suverenliyinə hörmətlə yanaşmaqla və yeni geosiyasi reallıqları qəbul etməklə təmin ediləcək, Amerika hərbi himayəsində deyil", - Nazir müavini qeyd edib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı CENTCOM-un baş admiralı Bred Kuperin çərşənbə günü Bəhreyndə 12 Yaxın Şərq ölkəsinin müdafiə rəsmiləri ilə regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüş keçirdiyini bildirmişdi.
Bəyanatda deyilir ki, dialoq zamanı tərəflər mövcud təhlükəsizlik vəziyyətini və müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Həmçinin qeyd edilib ki, görüş iştirakçıları Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz hərəkətini təmin etmək öhdəliklərini vurğulayıblar.
Müəllif: Tural
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı








































