Yaxın Şərq
ABŞ Hörmüzə nəzarət etmək istəyir: Görün İrana nə təklif edilib
ABŞ Hörmüz boğazına nəzarət etmək müqabilində İrana aktivlərinin dondurulmasının ləğvini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
"ABŞ və Oman İranın Hörmüz boğazından keçən gəmilərə tarif tətbiq etmək israrını aradan qaldırmağın yollarını axtarırlar. Dolayı danışıqlarda əsas təsir vasitəsi xaricdə saxlanılan İran vəsaitlərinin 100 milyard dollarlıq hissəsinin dondurulmasının aradan qaldırılması vədi olub", - nəşr yazır.
Nəşrin məlumatına görə, Tehran təklifin ölkənin mövqeyini dəyişdirmək üçün kifayət etmədiyini açıq şəkildə bildirib. Dohadan qayıtdıqdan sonra İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi boğazın Vaşinqtonun deyil, İran hakimiyyətinin nəzarəti altında olduğunu bildirib.
Həmin günün sonunda İran ordusu xəbərdarlıq edib ki, ölkə tərəfindən təsdiq edilmiş marşrutu izləməyən hər hansı bir gəmi dərhal və qətiyyətli cavabla üzləşəcək.
Müəllif: Tural
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı








































