Yaxın Şərq
Əraqçi Fəniş və Daruşla görüşdü
İranın xarici işlər naziri Abbas Əraqçi Livanın "Hizbullah" qruplaşmasının nümayəndəsi Məhəmməd Fənişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.
Söhbət zamanı ABŞ-İran danışıqları müzakirə olunub və "Hizbullah" liderlərindən sayılan Fəniş İsrailin Livana hücumlarına qarşı çıxdığına görə İrana təşəkkür edib.
Əraqçi xatırladıb ki, İslamabad anlaşma memorandumunun 1-ci bəndinə uyğun olaraq, Livanda müharibənin sona çatması istiqamətində işlər davam etdirilir.
İranın XİN rəhbəri Tehranda HƏMAS-ın Şura sədri Məhəmməd Daruş və bu hərəkatın bir sıra üzvləri ilə də görüşüb. HƏMAS nümayəndə heyətinin üzvləri Qəzza zolağındakı vəziyyət barədə Əraqçini məlumatlandırıblar. Əraqçi İranın fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna nail olana və dövlət yaradılana qədər Fələstini dəstəkləyəcəyini vurğulayıb.
A. Əraqçi həmçinin Fələstin müqavimət qruplarının nümayəndələri ilə görüşüb. Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) baş katibi Təlal Naci və onun müavini Cəmil Məzhər İsrailin İordan çayının Qərb sahilində apardığı siyasət barədə bəhs ediblər.
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI






.jpg)



























.jpg)


