Yaxın Şərq
BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
Cənubi Koreyanın "Sinokor Group" şirkəti BƏƏ-nin İranla müharibə dövründə Hörmüz boğazı vasitəsilə neft ixrac etməsinə kömək edən əsas supertanker operatorlarından birinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Əbu-Dabi müharibənin başlamasından bir neçə həftə sonra Hörmüz boğazı üzərindən neft ixracını bərpa edib. Bunun üçün supertankerlər transponderlərini söndürərək boğazdan keçib, daha sonra marşrutdan kənarda nefti digər gəmilərə yükləyib yenidən yeni partiyalar götürmək üçün geri qayıdıblar.
Bildirilib ki, "Sinokor Group" ən azı aprelin ortalarından etibarən supertankerlərini "Abu Dhabi National Oil Company"yə icarəyə verməyə başlayıb. İyun ayına qədər BƏƏ-nin neft daşımalarının təxminən yarısı bu şirkətin nəzarətində olan gəmilər vasitəsilə həyata keçirilib.
Agentliyin məlumatına görə, bu sxem BƏƏ-yə ABŞ və İran arasında müvəqqəti razılaşma əldə olunmazdan əvvəl neft ixracını demək olar ki, müharibədən əvvəlki səviyyəyə qaytarmağa imkan verib.
Xatırladaq ki, İran daha əvvəl Hörmüz boğazından icazəsiz marşrutla keçən xarici konteyner gəmisinin saya oturduğunu açıqlamış və gəmi sahiblərinə Tehranla tranziti əvvəlcədən razılaşdırmaları barədə xəbərdarlıq etmişdi. Bundan başqa, son günlər Fars körfəzini tərk etməyə çalışan bir neçə gəmi marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Akqabay
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı








































