Yaxın Şərq
İran Hörmüz boğazında tankerlərə HÜCUM ETDİ
İran Hörmüz boğazında Səudiyyə Ərəbistanına məxsus "Vijian" tankerini atəşə tutub.
Publika.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, İran tərəfi həmçinin Qətərin "Al-Rekkayat" tankerini də hücuma məruz qoyub.
Nazirlik İslam Respublikasının hərəkətlərini pisləyib.
"Krallıq vurğulayır ki, bu qəbuledilməz hərəkətlər beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, eləcə də qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı hücumdur", - deyə paylaşımda bildirilir.
İyulun 7-də "Reuters" agentliyi mənbələrə istinadla xəbər verib ki, Səudiyyə Ərəbistanının bayrağı altında üzən neft tankeri Hörmüz boğazı rayonunda, Oman sahilləri yaxınlığında zədələnib.
Bundan əvvəl ABŞ İrana Hörmüz boğazından sərbəst gəmiçiliyin qorunub saxlanılması şərti ilə onun xarici aktivlərinin qismən dondurulmasını açmağı təklif etmişdi. İyunun sonunda ABŞ və Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının nümayəndələri birgə bəyanatla çıxış edərək, Hörmüz boğazı akvatoriyasında tranzit rüsumlarının tətbiqinə qarşı çıxıblar.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































