Yaxın Şərq
Sözləri boğazlarından keçməyən müttəfiqlər - Netanyahu nəyi ediraf edib?
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə CNN telekanalının efirində bildirib.
Netanyahu söyləyib ki, Trampla münasibətlərində vaxtaşırı müxtəlif fikirlər yaranıb.
"O, ABŞ-ın prezidentidir və Birləşmiş Ştatlar üçün yaxşı olanı edir. Mən isə İsrailin Baş naziriyəm və İsrail üçün vacib və yaxşı olanı edirəm", - deyə o etiraf edib.
Bununla belə, Netanyahu qeyd edib ki, əksər hallarda İsrail və ABŞ-ın maraqları üst-üstə düşür. Onun fikrincə, ölkələr əsl müttəfiqdirlər.
Daha əvvəl Netanyahu ABŞ və İsrail münasibətləri haqqında danışarkən bildirmişdi ki, ölkələrin İranla bağlı vahid məqsədi var.
"Biz istəyirik ki, İran nüvə silahı yaratmaq proqramından imtina etsin", - deyə Netanyahu qeyd edib.
Hüseyn İbadlı
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































