Yaxın Şərq
İrana qarşı yeni hücum dalğası - 80-dən çox hədəf dəqiqliklə vuruldu
ABŞ Silahlı Qüvvələrinin hərbçiləri İrana qarşı yeni silsilə zərbələri başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mərkəzi Komandanlığın qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni hücum zərbələri raundunu başa çatdırıb", - CENTCOM-dan bildirilib.
Qurum bu hərəkətləri "İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə etdiyi son hücumlara cavab" adlandırıb.
İyulun 8-nə keçən gecə ABŞ hərbçiləri İrana qarşı bir sıra zərbələr endirib. Mövcud məlumata görə, partlayışlar Hörmüz boğazındakı İranın Qeşm adasında, həmçinin İranın cənubundakı Xarq adasında baş verib. Bundan əlavə, İslam Respublikasının Bəndər-Abbas və Sirik şəhərlərində də bir neçə partlayış olub.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































