Yaxın Şərq
ABŞ bombalayır, İran hədələyir
İran ordusu ABŞ-ın təkrar hücumları halında Yaxın Şərqdəki bütün ABŞ bazalarına hücum etməyə hazır olduğunu bildirib.
Çərşənbə axşamı ABŞ ordusu İrana qarşı bir sıra güclü zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib.
Publika.az xəbər verir ki, dövlət xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, ABŞ tərəfindən atəşkəsin təkrar pozulmasının nəticələri bu ölkənin üzərinə düşəcək:
“Bütün bazalar ordunun pilotsuz təyyarələrinin hücumları üçün qanuni hədəflərə çevriləcək".
İran ordusu Bəhreyndə Şeyx İsa hava bazasındakı hədəflərə hücum etdiyini, İslam İnqilabı Keşikçiləri Korpusu isə Küveytdəki Əli əl-Salem hava bazasına və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının Port Salman limanına zərbələr endirdiyini bildirib.
Müəllif: Tural
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































