Yaxın Şərq
Türkiyə ilə İsrail arasında müharibə? - Fidandan vacib bəyanat
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə ilə İsrail arasında açıq hərbi münaqişə üçün heç bir əsas yoxdur.
Publika.az xəbər verir ki, Fidan bu barədə "The National" qəzetinə verdiyi müsahibədə bildirib:
“Açıq münaqişə üçün heç bir səbəb yoxdur. Türkiyə özünü belə bir vəziyyətə salmağa imkan verməyəcək".
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "münaqişələrin sülh yolu ilə həllinə sadiqdir və mümkün təxribatlara uymayacaq".
Eyni zamanda, Türkiyə diplomatiyasının rəhbəri bir daha İsrailin Baş naziri Binyamin Netanyahunun siyasətini tənqid edib. Fidan hesab edir ki, Netanyahu hökumətinin hərəkətləri İsrailin özü və region üçün bir yükdür və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.
Türkiyənin xarici işlər naziri daha əvvəl ölkəsinin lazım gələrsə, İsrailə qarşı mübarizə aparmağa hazır olduğunu bildirmişdi.
Müəllif: Tural
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi















.jpg)























