Yaxın Şərq
Qətər raket hücumunu dəf etdi
Qətərin Müdafiə Nazirliyi ölkəyə qarşı raket hücumunun qarşısının alındığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"Müdafiə Nazirliyi bildirib ki, silahlı qüvvələr Qətər dövlətini hədəf alan raket hücumunu zərərsizləşdirib", - deyə məlumatda qeyd olunur.
Bundan bir qədər əvvəl BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin İranın raket və pilotsuz uçuş aparatlarının zərbələrini dəf etdiyi məlum olub.
Bir neçə saat əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazının bloklanmasından sonra İrana qarşı yeni silsilə zərbələr endirdiyini elan etmişdi.
İyulun 12-nə keçən gecə SEPAH bölgədə ABŞ-nin müdaxiləsi bitənədək Hörmüz boğazının bağlandığını bəyan etmişdi.
Bundan sonra İranın liman şəhərləri Bəndər-Abbas, Sirik və Çabaharda, eləcə də Qeşm adasında, Buşehr əyalətinin bəzi rayonlarında və Assaluyedə partlayışlar baş verib.
Hüseyn İbadlı
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi















.jpg)























