Yaxın Şərq
İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldilər
İran və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və boğazda hərəkətin gələcək idarə olunması ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, şənbə günü Maskatda İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar keçirilib. Tərəflər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və hərəkətin təşkili məsələlərini, iki sahilyanı dövlətin suveren hüquqları, beynəlxalq hüququn tələbləri və İslamabad Memorandumunun 5-ci bəndi əsasında müzakirə ediblər.
İsmayıl Bəqayi bildirib ki, İran Hörmüz boğazında gələcək hərəkət qaydalarının yalnız iki sahilyanı dövlət arasında məsləhətləşmələr əsasında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Tehran hesab edir ki, bu proses son aylarda baş verən hadisələr, xüsusilə ABŞ və İsrail arasında müharibənin boğazda gəmiçiliyin təhlükəsizliyinə təsirləri nəzərə alınmaqla həyata keçirilməlidir.
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi















.jpg)























