Nəqliyyat
"Azərbaycan Dəmir Yolları" elektron gediş kartlarının tətbiqinə hazırlaşır
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları Departamenti elektrik qatarlarına bilet satışı (lot-1) və elektron gediş karlarının tətbiqi (lot-2) üçün lazım olan avadanlıqların satın alınması məqsədi ilə açıq tender elan edib.
Publika.az report-a istinadən xəbər verir ki, tenderdə
iştirak haqqı hər lot üzrə 200 manatdır.
İddiaçılar tender ilkin sənədləri sentyabrın 5-nə qədər, tender
təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın
13-nə qədər ADY-nin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva
küçəsi, 230 ünvanında yerləşən inzibati binasına təqdim
etməlidirlər. Əlaqələndirici şəxs Vidadi Məmmədovdur. Telefon:
(012) 499 65 33.
Təkliflərə sentyabrın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































