Nəqliyyat
“İran Air” aviaşirkəti Azərbaycana qayıdır
"İran Air" aviaşirkəti üçillik fasilədən sonra Tehran-Bakı aviareyslərini bərpa edir.
Publika.az bildirir ki, bu barədə Trend-ə şirkətin İctimayyətlə Əlaqələr İdarəsinin nümayəndəsi məlumat verib.
İranın Airbus 320 təyyarəsinin yanvarın 29-da yerli vaxtla saat 16:05-də (GMT + 3: 30) Tehrannan Bakıya yola düşəcəyi bildirilib.
Aviaşirkət rəsmisi qeyd edib ki, nəzərdə tutulmuş aviareys faktiki olaraq "İran Air" aviaşirkətinin Azərbaycana qayıdışı anlamına gəlir.
Onun sözlərinə görə, hal-hazırda həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı günləri) həyata keçiriləcək uçuşların cədvəli hazırlanır.
Qeyd edək ki, hər il iki ölkə arsında mühüm turist mübadiləsi baş verir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələn iranlı turistlərin sayı təqribən 340 min nəfər təşkil edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
