Nəqliyyat
Metroda sərnişinlərə qolbaq paylanıldı
"Bakı Metropoliteni" QSC-nin "İşıq saç, özünə yol aç!" şüarı altında aksiya keçirib.
Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiya zamanı piyada ölümlərinə səbəb olan qəzaların qarşısını almaq məqsədilə sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanıb.
Səhmdar cəmiyyətin xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiya sərnişinlərin daha sıx istifadə etdiyi "28 May" stansiyasında başlanıb. İşıq reflektorlu qolbağılar qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir.
Xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, eləcə də yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qolbağıları sərnişinlərə təqdim ediblər. Müxtəlif vasitələrlə insan həyatını necə qorumaq mümkün olduğunu əyani nümunələr, faktlar, dünya təcrübəsi və statistik göstəricilərin müqayisəsi ilə sərnişinlərə izah edərək öz tövsiyələrini veriblər.
Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür.
Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür.
Bu səbəbdən işıq saçan reflektorlar, qolbağılar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir. Məlumata görə, Avropada bu istiqamətdə aparılmış sosial aksiyalar, qanunvericilik aktları, maarifləndirici tədbirlər vasitəsilə ölüm halları 85 faizə qədər azaldılıb. Bir sıra ölkələrdə qaranlıq saatlarda piyada, velosiped və motosikllərlə hərəkət edənlər üçün işıq saçan vasitələrdən istifadəyə riayət olunması ilə bağlı xüsusi qaydalar mövcuddur.
İşıq faktorundan istifadə dünyada geniş yayılıb, bəzi Avropa ölkələrində ənənə halını alıb. Xüsusi işıq reflektorlu qolbaqlar da piyadaların təhlükəsizliyini qorumaq üçün nəzərdə tutan vasitələrdəndir.
Kampaniya “İçərişəhər” stansiyasında davam edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
