Nəqliyyat
Dəmir yolları gücləndirilmiş iş rejiminə keçdi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2019-cu təqvim ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Publika.az-a verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.
Sərnişin sıxlığının artması ilə əlaqədar olaraq ölkədaxili və xaricə hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.
Qeyd edək ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr) ölkədaxilində hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər mövcuddur. Eyni zamanda həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının Kupe və SV tipli vaqonlarına bilet satışı bitsə də, plaskart tipli vaqonlara kassalarda biletlər var. Bakı-Tbilisi sərnişin qatarında eləcə də 30 dekabr tarixinə kupe yerlərə də kassalardan bilet əldə etmək mümkündür.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
