Nəqliyyat
BTQ-nin Naxçıvana birləşdirilməsinə 2 milyard dollar lazımdır – Cavid Qurbanov
Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Baxmayaraq ki, çox böyük maneçiliklər var. O yolun işləməsinə qarşı olanlar var. Bu yol Ermənistanı həm blokadaya almaqdır, həm də Azərbaycanın Türkiyə ilə, Türkiyə üzərindən Qərbi Avropa ilə birləşməsinə xidmət edən bir layihədir.
Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.
O qeyd edib ki, yolun 80 faizində işlər tamamlanıb: “Qalan işlər isə xırda işlərdir. Orada əhəmiyyətli işlər qalmayıb. Amma o yolun daha aktiv işləməsinə mane olmağa çalışan səbəblər var. Buna baxmayaraq yol işləyir. Sərnişin daşınmasına gəldikdə isə biz bu ayın 10-da sınaq üçün vaqonlarımızı göndərmişdik. Vaqonlar sınağı keçdi. Bu, axırdan əvvəlki sınaq idi. Sərnişin daşınması üçün sınaqlar keçirilməlidir. Bütün işlər tamamlanıb. Protokolları imzalayaq, sənədləşmə qurtarsın. Ondan sonra sərnişin daşınmasına başlayacağıq”.
BTQ-nin Naxçıvana birləşdirilməsinə gəldikdə isə C.Qurbanov deyib ki, orada 286 kilometr yoldur: “Bu, Türkiyə ərazisindədir. Onun tikintisi üçün 2 milyard dollaradək pul lazımdır. Çünki dağlıq ərazidən keçir. Çoxlu sayda körpülər var. Bu məsələyə baxılır”.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
