Nəqliyyat
Bibiheybət yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
Bibiheybət yolunda aparılan təmir-tikinti işləri may ayına kimi yekunlaşdırılacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.
O bildirib ki, hazırda yol kənarında yeni istinad divarı tikilir: “Bibiheybət yolunun tikintisi zamanı yolun səviyyəsini mövcud yolla bərabərləşdirmək üçün tökmə torpaqlardan istifadə olunub. Tökülmüş torpaqların çökməsinin qarşısını almaq üçün isə istinad divarları çəkilib. Ancaq divarların tikintisində müəyyən xətalar olub. Bundan başqa, həmin zaman yolda 4 hərəkət zolağı olsa da, sonradan istinad divarının möhkəmliyi nəzərə alınmayaraq yol genişləndirilib. Zaman keçdikcə divar ona düşən gücləri qaldıra bilmədiyindən uçub. Hazırda yeni istinad divarı tikilir və yolun 2 hərəkət zolağı istifadəyə verilib”.
Saleh Məmmədov qeyd edib ki, bəzi yollar yenidən tikilməlidir: “Ələt-Hacıqabul yolu 12 ildir istifadəyə verilib. Amma onun tikintisinə 1996-cı ildən başlanıb. Bu isə 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur”.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...














.jpg)




















.jpg)
.jpg)

