Nəqliyyat
Bakıda bu ərazidə tramvay xətti çəkiləcək
Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır: "Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin əsasən az istifadə etdiyi yerdir, sakinlər əsasən dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz ümumiyyətlə Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq".
V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır: "Bu prosesdə bəzi meyarlar var ki. biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün əsasən köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3,4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir". (trend)
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir



























.webp)











