Nəqliyyat
AZAL-dan ŞAD XƏBƏR: Biletlərin oflayn satışı başlayır
Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində biletlərin oflayn satışını açacaq. Bu isə xarici turistlərin Azərbaycana səfərini daha əlçatan edəcək.
Publika.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü zamanı bildirib.
Onun sözlərinə görə, arantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır:
"Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir".
Biletlərin satışına gəlincə, Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır: "Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, "Azərbaycan Hava Yolları" isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
