Nəqliyyat
Azərbaycanda dağlıq ərazidə yeni yol salınır - FOTO
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir.
Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Publika.az-a verilən məlumata görə, Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağı dağ və qrunt sularının təsirinə məruz qalaraq dağılıb. Torpaq yatağının orta eni cəmi 7-8 metr təşkil edirdi. Bu üzdən avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək tələb olunan torpaq yatağının eninin alınması zərurəti var idi.
Sözügedən yolun çiyin hissələri də yuyularaq ensizləşib və texniki normalara cavab vermirdi. Mövcud suötürücü borular isə yararsız vəziyyətdədir. Bu üzdən yararsız boruların əvəz olunmasına, dəmir-beton başlıqların təmirinə və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac var. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri birdəfəlik aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndəri istiqamətində 9.6 km uzunluğa mailk yollar artıq yenidən qurulub.
Sözügedən yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülüb. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib.Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 57.6 min kv.m sahəni əhatə edib.
Bundan başqa, optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri, 7500 p/metr uzunluğunda küvetlərin avtoqreyderlə açılması, yolun altından suların ötürülməsi üçün müxtəlif diametrlərə malik 168 p/metr uzunluğunda metal borular quraşdırılıb və izolyasiya olunması, boru başlıqları dəmir-betonla tikilməsi də layihə üzrə yerinə yetirilib.
Hazırda anoloji yenidənqurma işləri yolun 34.4 km uzunluğa malik Sudur istiqamətində həyata keçirilir. Bu istiqamətdə yol 4-cü texniki dərəcə olmaqla 24.4 km-i asfalt-beton, 10 km-i çınqıl örtük olmaqla inşa edilir.
Layihəyə uyğun olaraq yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək torpaq yatağı genişləndirilərək inşa olunur, ardınca yol əsası karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikilir. Daha sonra asfaltlanma işlərinə başlanılacaq və yola 2 laydan ibarət asfalt beton və çınqıl örtük döşənəcək. Ümumilikdə 140 min kv.m-dən çox sahənin asfaltlanması, 100 min kv.m sahənin isə optimal-çınqıl qarışığı ilə örtülməsi nəzərdə tutulub.
Yol boyu avtoqreyderlə 36 min p/metr küvetlərin açılmasına, mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən müxəlif diametrlərə malik 612 p/metr uzunluğunda metal suötürücü boru quraşdırılması da layihə üzrə aparılır.
Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının vəsiqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz