Nəqliyyat
Milli Qəhrəmanın adını daşıyan tədqiqat gəmisi ekspedisiyalara başladı - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi əsaslı təmirdən sonra ekspedisiya və monitorinqlərin aparılması üçün yenidən Xəzər dənizinə çıxıb.
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.
O qeyd edib ki, Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə 12-16 noyabr tarixlərində dənizdə kompleks tədqiqatlar aparılıb.
“Monitorinqlər Xəzərdə fəaliyyət göstərən Ümid-Babək, Şahdəniz, Abşeron, Günəşli, Neft Daşları və Qarabağ neft-qaz yataqlarında keçirilib. 28 müxtəlif koordinat üzrə su, qrunt, plankton və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib”.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Hacıyev Xocalı Aeroportunun komendantı olub və 1-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Qarabağ cəngavəri adını alıb. Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olan Əlif Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

























.jpg)














