Nəqliyyat
Bu ərazilərdə karantin postları ləğv edilir - DYP
Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq. Rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək". (trend)
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

