Nəqliyyat
DYP: Zolağa daxil olan sürücülər cərimələnəcək
“Avtobus zolaqlarında hərəkətin fasiləsiz olması üçün yol polisi kameralar vasitəsilə nəzarət tədbirləri həyata keçirir”.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, zolağa daxil olan və ya orada dayanan avtomobillər aşkar edildikdə dərhal ərazi üzrə xidmət aparan əməkdaşlar xəbərdar olunur:
“Yol Patrul Xidməti əməkdaşları da həmin sürücüləri aşkar edərək barələrində tədbir görür və ya təbliğat xarakterli söhbətlər apardıqdan sonra maşının ərazidən götürülməsini təmin edirlər. Yol polisi sürücülərdən bu cür qayda pozuntusuna yol verməməyi tələb edir. Eyni zamanda xahiş olunur ki, nəqliyyatın hərəkətinin fasiləsiz olması üçün qaydalara ciddi əməl etsinlər. Digər tərəfdən taksi sürücüləri və fərdi nəqliyyat vasitələrinin sahibləri avtomobili dayanacaq və ya onun yaxınlığında park edirlər ki, bununla avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilmir. Nəticədə yolun hərəkət hissəsində dayanmaqla digər nəqliyyat vasitələrinin ləngiməsinə səbəb olur, sərnişinlərin həyatını təhlükəyə atmaqla yolun hərəkət hissəsində sərnişin mindirib-düşürürlər”.
V.Əsədov qeyd edib ki, bütün bunların qarşısını almaq üçün yol polisi artıq müəyyən addımlar atmağa başlayıb:
“Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla bu problemlərin həllinə nail olmaqdır. Lakin təəssüflər olsun ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması bəzi problemlər yaradır. Belə ki, bütün avtobus duracaqlarında avtobuslar üçün xüsusi ciblər olduqda və taksilər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq yerlərin ayrılması mövcud problemin həllinə geniş imkanlar yarada bilər. Yəni, taksilər onlar üçün yaradılmış duracaqlardan istifadə etməlidir ki, əlavə problemlər yaranmasın”.
“Sürücülər arasında aparılan təbliğat işləri müəyyən müsbət nəticələr verir. Artıq bir neçə gündür keçirilən tədbirlər bunu deməyə əsas verir. Lakin təəssüflər olsun ki, sürücülər də öz arqumentlərini ortaya qoyaraq narazılıqlarını bildirirlər ki, taksilərin dayanması üçün müvafiq yerlər yetərincə deyil. Sürücülər parklanma yerlərinin az olduğunu əsas gətirirlər. Lakin bu o demək deyil ki, kim harda istədi maşın saxlaya bilər. Təbliğat işləri müsbət nəticələr verəcək”, - V.Əsədov bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
