Nəqliyyat
Yol polisi Zərdabda reyd keçirdi
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyənləşdirilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb. Qayda pozuntusuna yol vermiş həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.
Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər edilib. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər görülüb.
-
Dünya17:02İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
-
Nida Xəbər 15:02Nazir mərhum rejissorun oğluna vəzifə verdi - FOTO
-
Rəsmi xronika13:44Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər










.jpg)















.jpg)











