Nəqliyyat
Deportasiya edilmiş azərbaycanlıları gətirən təyyarədə problem yarandı
Ötən gün Düsseldorf-Bakı çarter reysini həyata keçirəcək təyyarə texniki problemlə üzləşib.
Publika.az “Report”a istinadən xəbər verir ki, təyyarə Almaniyadan deportasiya ediləcək şəxsləri gətirirmiş.
Almaniyanın müxtəlif əyalətlərindən gecə saatlarında polis və miqrasiya idarəsi əməkdaşlarının müşayiəti ilə birbaşa Düsseldorf hava limanına gətirilən Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı koronavirus testindən sonra təyyarəyə mindirilib.
Səhər saat 06:00-da pilotun texniki qəza bildirişi ilə təyyarə havaya qalxa bilməyib.
Sərnişinlər polis və miqrasiya idarəsinin müşayiəti ilə təyyarədən endirilərək, evlərinə buraxılıblar.
Düsseldorf Hava Limanından isə bildirilib ki, texniki problemə bir quşun təyyarənin motor hissəsinə girməsi olub.
Təyyarədə Almaniyada sığınacaq istəyi rədd edilən və readmisiyya sazişi əsasında vətəndaşı olduqları ölkəyə göndərilən şəxslər olublar.
Təxirə salınan uçuşun iyunun 19-da həyata keçirilməsi gözlənilir.
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




























_(1).jpg)









