Nəqliyyat
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Bakıda inşa edilən yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xudmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O bildirib ki, metronun Bənövşəyi xətti üzrə xidmət edəcək "Xocahəsən" elektrik deposu ilə yanaşı, ərazidə yerüstü metro stansiyanın tikintisi davam edir: "Elektrik deposunda hazırda Bənövşəyi xətt üzrə artıq istismarda olan 3 stansiya üzrə hərəkət edən qatarların təmirinə, xidmət və qulluq üçün lazım olan infrastruktur və qurğuların quraşdırılmasına başlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
İkinci istiqamət isə depo ərazisində yerüstü metro stansiyasının da tikintiasi davam edir. Hazırda yerüstü stansiyanın keçidləri və platformasında inşaat normalarına uyğun olaraq işlər aparılır. Bundan əlavə, stansiyanın "Xocahəsən" deposundan "Avtovağzal" stansiyası tunellərinə qədər olan yol infrastrukturu qurulur. Yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq. Yerüstü metro stansiyası və deponun gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





