Nəqliyyat
Sürücülərə ÜZÜCÜ XƏBƏR: bu təklif məqbul hesab edilərsə...
Avtomobillərin arxa yan şüşələrinə plyonkaların vurulması ilə bağlı bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılmışdı.
Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilib.
Xatırladaq ki, aprel ayında Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Bu sərəncamın üzərindən 5 aydan çox keçməsinə baxmayaraq plyonka məsələsi hələ də açıq qalıb. Bu zaman ərzində isə minlərlə sürücü avtomobilin arxa yan şüşələrinə tündlüyü 100 faiz olan plyonka çəkdirib. Lakin Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dövlət qurumlarından biri avtomobillərə vurulan plyonkanın faizinin aşağı endirilməsi ilə bağlı Nazirlər Kabinetinə təklif göndərib. Təklifdə göstərilib ki, həmin plyonkaların tündlüyü 60-70 faizdən yuxarı olmasın. Guya tünd şüşələr qəzalara səbəb olur və ya qayda pozuntularının aşkarlanmasına çətinlik yaradır.
Qeyd edək ki, bu təklif məqbul hesab edilərsə, sürücülər həmin plyonkaları söküb daha az faizli plyonka vurmalı olacaq. Nəticədə yenə də plyonka biznesi ilə məşğul olanlar yaxşı qazanc əldə etmiş olacaq.
-
Yaxın Şərq11:24İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
-
Rəsmi xronika11:15İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb





































.jpg)