Nəqliyyat
AZAL yeni təyyarələr alır
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar səfər etmiş ABŞ-ın "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində satış və marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb.
Publika.az AZAL-a istinadən xəbər verir ki, görüşdə şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.
Görüş çərçivəsində AZAL üçün yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyasının 9 genişfüzelyajlı "Dreamliner" təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrini 2030-cu ilin sonuna qədər əvəz edə biləcək.
Müvafiq təklif hazırlandıqdan sonra aviaşirkətin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Hazırda AZAL uzaqməsafəli istiqamətlərdə özünü doğruldan 2 "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edir. Aviaşirkət postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edən ilk aviadaşıyıcıdır. AZAL-ın hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi onun çuşlarının coğrafiyasını daha da genişləndirəcək.
Görüş zamanı tərəflər AZAL və "Boeing" arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
