Nəqliyyat
BNA sürücülərə müraciət etdi
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, müraciətdə deyilir: "23-24 dekabr tarixlərində paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.
Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə qarlı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə olunur. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Eyni zamanda piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər".
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm1 Sentyabr 20:48Qızıl kəskin ucuzlaşdı
-
Magazin11 Sentyabr 20:36Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - VİDEO
-
Sosial1 Sentyabr 20:24Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır
-
Sosial1 Sentyabr 19:48Bağçada yayılan iddialar haqda AÇIQLAMA






.jpg)















.jpg)




.jpg)










