Nəqliyyat
Rayonlara səfər edəcək şəxslərin NƏZƏRİNƏ: bundan sonra... - VİDEO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sərnişin Daşımalarının Monitorinq Mərkəzini istifadəyə verib.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlərə gedən avtobusların hərəkətinə bu mərkəzdən nəzarət olunacaq.
Bu məqsədlə Əlavə GPS avadanlığı və monitorlar quraşdırılıb, əməkdaşlar cəlb edilib. Buna görə də avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər, onların dayancaqdan kənarda dayanmalarına isə imkan verilməyəcək.
Agentliyin mətbuat katibi Tural Orucovun sözlərinə görə, bu mərkəzdən rayon və şəhərlərə hərəkət edən avtobuslara ciddi nəzarət olunacaq.
Yola düşən avtobusların hərəkətinə mərkəzdə quraşdırılan monitorlar vasitəsi ilə nəzarət olunur. Operatorlar monitorlarda avtobus sürücülərinin qaydaları pozmasını aşkar etdikdə, bu barədə daşıyıcı şirkətlərə məlumat verilir.
Qeyd edək ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə də 24 saat monitorinq edilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































