Nəqliyyat
Bakıda yerüstü metro çəkiləcək? - VİDEO
Araşdırmalara görə, yeraltı metronun salınması çox baha başa gəldiyi üçün insanların ehtiyacı olan əksər ərazilərdə metrostansiyalar yoxdur.
Təcrübə göstərir ki, yerüstü metronun infrastrukturunun qurulması daha sərfəlidir. Məsələn, Türkiyə, Böyük Britaniya, Rusiya və digər ölkələrdə bu nəqliyyat növündən geniş istifadə edilir. Necə deyərlər, faydası çox, xərci daha az. Azərbaycanda isə metro əsasən yeraltı nəqliyyat vasitəsi kimi inkişaf edib.
Bəs ölkəmizdə yerüstü metro niyə yoxdur?
Publika.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov mövzu ilə bağlı bildirib ki, Bakı şəhərinin sıx məskunlaşma ərazisi olması, sənaye cəhətdən infrastrukturların geniş yayılması nəzərə alınmaqla stansiyaların yerüstü deyil, yeraltı inşasına qərar verilib.
“Bəs paytaxtdan kənar digər ərazilərdə, məsələn, Sumqayıtda, Xırdalanda və digər ərazilərdə metrostansiya niyə yoxdur?” sualına gəlincə, “Bakı Metropoliteni”nin sözçüsü deyib ki, bu, ilk növbədə paytaxt üçün nəzərdə tutulub. Yaxın illərdə Bakıdan kənar ərazilərdə stansiyaların salınması prioritet deyil.
Ekspertlər isə paytaxtda və ətraf ərazilərdə yerüstü metronun çəkilməsi üçün şərait olduğunu və bu nəqliyyat vasitəsinin daha çox üstünlükləri olduğunu bildirirlər.
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın kiçik oğlu bu modellə nişanlandı - FOTO
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı




























.webp)









