Nəqliyyat
Rusiyada "Volkswagen" zavodunda minlərlə avtomobil tapıldı: Görün necə gizlədiblər
Kaluqa vilayətində "Volkswagen"in keçmiş zavodunun dayanacaqlarında minlərlə alman və yapon xarici avtomobilləri aşkarlanıb.
Publika.az xəbər verir ki, Rusiyada fəaliyyətini dayandıran müəssisədə xarici avtomobilləri "Autonews" üzə çıxarıb.
2024-cü ilin birinci yarısında yenidən işə salınacağı vəd edilən müəssisənin ərazisində qar altında gizlədilən bir neçə min Çin, Almaniya və Yapon markalı avtomobil var. Onların arasında Çində satılan "Volkswagen Tyron", Çin bazarı üçün hazırlanmış "Audi Q6", "Toyota RAV4" krossoverləri, "Avatr 11" elektromobilləri və "GAC M8" minivenləri, həmçinin "Chery Tiggo" krossoverləri var.
Kaluqa bölgəsindəki "Volkswagen" zavodu Rusiyada xarici avtomobillərin yığılması üçün istifadə edilən ən böyük platformalardan biridir. Müəssisədə qaynaq və montaj xətti, ştamplama sexi və "Volkswagen Polo" və "Skoda Rapid" üçün benzin mühərriklərinin istehsalı sahəsi var.
Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib ki, hazırda Kaluqada müəssisəsi olan “Art-Finance” şirkəti sənaye sahəsində xarici tərəfdaş tapıb. O əlavə edib ki, zavodun işi 2024-cü ilin birinci yarısında bərpa olunmalıdır.
2023-cü ilin sonuna qədər işçilərin 30 faizi keçmiş "Volkswagen" zavodunu tərk edib. 3,7 min fabrik işçisindən 1,3 mini işsiz qalıb. İşçilər iddia edirlər ki, yeni rəhbərlik "Volkswagen"in “miras” texnologiya və avadanlıqlarını məhv edir.
Cəmilə
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...


















.jpg)


















