Nəqliyyat
Beynəlxalq şirkətlər avtomobillərini geri çağırır: Azərbaycanda isə..
Müxtəlif ölkələrin avtomobil şirkətləri yarana biləcək problemlərə görə nəqliyyat vasitələrini müəyyən müddətdən sonra geri çağırırlar. Onlar arasında “Toyota” ön sırada gəlir. Statistika göstərir ki, “Mercedes”, “Porsche”, “Opel” və “Audi” şirkətləri də avtomobilləri tez-tez geri çağırır. Geri çağırılma prosesi maşınların mühərrikinin nömrəsinə uyğun olaraq həyata keçirilir. Nömrələrə və məlumatlara əsasən, avtomobilin hansı ölkədə olduğu və sahibi müəyyənləşdirilir. Sahibi müəyyən edildikdən sonra isə ona geri çağırılma haqda məlumat verilir.
Bəs Azərbaycanda bu proses necə həyata keçirilir?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli Publika.az-a bildirib ki, bu proses Azərbaycanda o qədər də ürəkaçan deyil:
“Müəyyən avtomobillərdə texniki və dizayn baxımdan nasazlıqlar var. Ölkəmizdə hələ ki, kütləvi halda belə bir təcrübə yoxdur. Hazırda müəyyən şirkətlərin rəsmi distributorları var. Şirkətlər istehsal etdikləri avtomobilləri müxtəlif ölkələrə satırlar. Problem olduğu halda isə həmin avtomobillər geri çağırılır. Burada bir məsələyə diqqət etmək lazımdır. İş adamlarının ikinci əl satdığı avtomobillər bura aid deyil. Qayda yalnız sıfır kilometr satılan maşınla tətbiq olunur”.
Ekspert qeyd edib ki, hazırda ölkədə avtomobillər Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda olan zavodlarda istehsal olunur:
“Naxçıvan şəhərində “Lifan”, “FAW”, “Changan”, Neftçalada isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur. Yerli şirkətlər heç bir avtomobili geri çağırmır. Azərbaycanda belə tendensiya yoxdur. Əgər bu problem beynəlxalq şirkətlərdə müşahidə olunursa, istehsalçı zavod avtomatik olaraq Azərbaycan da daxil olmaqla bütün ölkələrdəki maşınlarını geri çağırır. Ancaq azərbaycanlı sürücülərin əksəriyyətinin bundan xəbəri yoxdur. Sürücü avtomobildə nasazlıq görürsə, onu birbaşa ustaya aparır, bunun ümumi problem olacağını düşünmür. Çünki maşınların geri çağırılması dünyada kütləvi hal alan tendensiya deyil”.
Aysel Şahmar
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi