Nəqliyyat
Avtobus zolağı sürücülərə təhlükə yaradır
Bakıda avtobus zolaqlarının sayı artsa da, bəzi kəsişmələrdə bu səbəbdən təhlükəli vəziyyətlər yaranır.
Publika.az xəbər verir ki, şəhər yollarının əksər hissələrində kəsişmələrə çatmamış digər nəqliyyat vasitələrinə sağa və ya sola dönmək üçün zolaqlara giriş icazəsi verilir. Ancaq Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində sürücülərə bu cür icazə verilmir. Yəni, bu hissədə nəqliyyat vasitələrinin düzünə və sağa dönməsinə icazə verən yol nişanı olsa da, kəsişməyə çatmamış zolağa giriş icazəsi yoxdur.
Yol hərəkəti üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, həmin hissədə düzəlişə ehtiyac var. Əks halda, qəza riski qalmağa davam edəcək. Ekspert əlavə edib ki, əgər qırıq-qırıq xətt yoxdur, bu zaman həmin zolağa girən sürücülər cərimələnə bilər. Bütün hallarda, bu məsələnin həlli söz-söhbətlərin qarşısını ala bilər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən yerində baxış keçiriləcək və müvafiq tənzimləmələr aparılacaq.
Ətraflı süjetdə:
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"







































