Nəqliyyat
COP29-la bağlı nəqliyyat monitorinqləri keçirildi
COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin davamı olaraq 27 oktyabr tarixində COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.
Publika.az xəbər verir ki, proses çərçivəsində konfransın planı və marşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Bu dəfəki monitorinqin təşkilinə 600-dan çox COP29 konüllüsü cəlb edilib.
Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Föqvəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilmişdir.
Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığın təmin edilməsidir.
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Maraq dünyası15:19Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub








































.png)