Nəqliyyat
Bu məhsul bahalaşır - Gediş haqqı artacaq?
Azərbaycanda mühərrik yağlarının qiymətində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin oktyabrında mühərrik yağının bir litrinin orta istehlak qiyməti 10 manat 8 qəpik təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz çoxdur.
Yaxın aylarda mühərrik yağlarının qiymətində artımın davam etməsi ehtimalı varmı? Avtomobil sahiblərini nə gözləyir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov mühərrik yağlarının qiymətinin artmasının bazara mənfi təsir göstərdiyini deyib.
“Bahalaşmanın əsas nəticələrindən biri nəqliyyat xərclərinin artmasıdır. Bu, taksi, avtobus, sərnişindaşıma və yükdaşıma xidmətlərinin qiymətlərinə də təsir edə bilər. Çünki mühərrik yağları nəqliyyat vasitələrinin işləməsi üçün vacibdir. Yağlanma prosesi olmasa, avtomobil hərəkət edə bilməz”, - o əlavə edib.
Ekspert bildirib ki, bu, sürtkü yağlarına da aiddir:
“Mühərrik yağları sürtkü yağlarının bir növüdür. Ona görə də onların bahalaşması ümumi iqtisadiyyata mənfi təsir göstərə bilər. Burada əsas məsələlərdən biri bazarda vahid qiymət siyasətinin olmasıdır. Belə bir sistem qiymət fərqlərinin və yağ qıtlığından sui-istifadə hallarının qarşısını almağa kömək edə bilər. Əks halda, bazarda yaranan problemlər nəqliyyat vasitələrinin istismarına da təsir göstərəcək”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, dünya bazarında xam neftin qiymətinin dəyişməsi neft məhsullarının da bahalaşmasına səbəb olur:
“Bu proses hələ də artan templə davam edir. Qiymətlərin yenidən artacağını dəqiq deyə bilmərəm. Bu, neftin dünya bazarındakı qiymətindən və daşınma xərclərindən asılıdır. Əgər həmin xərclər artarsa, mühərrik yağlarının qiyməti də yüksələcək”.
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI
-
Elm və təhsil12:24DİM-in yeni sədri bu şəxs olacaq? - FOTO
-
Region12:22Ermənistanda siyasi savaş qızışır: Simonyandan müxalifətə sərt mesaj - Darmadağın edəcəyik
-
Sosial11:22Pensiyalarla bağlı vacib xəbər - Ödənişlərin tarixi açıqlandı
-
ABŞ10:58Trampdan süni intellektlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
-
ABŞ10:46Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"




































.png)