Sosial
DYP hərəkət iştirakçılarına müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Publika.az-a idarədən məlumat verilib.
Bilidirlib ki, 21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaqdır. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcəkdir.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?






















.png)














.png)
