MDB
Zelenskidən ABŞ-a çağırış: Ukraynada hərbi baza istəyir - Tramp isə...
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın ölkə ərazisində hərbi bazalar yerləşdirməsində maraqlı olduqlarını açıqlayıb. O, bu addımı Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin mühüm şərti hesab edir.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Berlində “Könüllülər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.
“Biz etibar etdiyimiz amerikalı tərəfdaşlarımızın Ukraynada öz hərbi bazalarını yerləşdirməsinə şad olardıq”, - deyə o bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ NATO üzvü olmayan Yaxın Şərq ölkələrində olduğu kimi, Ukraynada da hərbi obyektlər yarada bilər. O hesab edir ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərinin təmin olunması üçün ABŞ hərbçilərinin Ukrayna ərazisində fiziki mövcudluğu vacibdir. Əks halda, bu zəmanətlərin tam işləyəcəyinə şübhə ilə yanaşır.
Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın Ukraynaya gələcək hərbi yardımla bağlı mövqeyi diqqət çəkib.
“Politico” nəşrinin məlumatına görə, Tramp Vladimir Putin və Si Cinpinlə görüşündən sonra Berlində “Könüllülər koalisiyası”nın toplantısında iştirak edən Avropa liderləri ilə telefon danışığı aparıb.
ABŞ lideri Ukraynaya hərbi yardım üçün milyardlarla dollar xərclənməsinin davam etdirilməsinin nə dərəcədə zəruri olduğunu sual altına alıb. O, müharibənin çoxsaylı insan tələfatına və böyük maliyyə itkisinə səbəb olduğunu vurğulayaraq, Rusiya ilə danışıqların davam etdirilməsinin vacibliyini önə çəkib.
Müəllif: Adəm
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO
-
İdman09:00Ən çox maaş alan MLS oyunçuları - Beşlikdə kimlər var?























.png)














.png)
