Nəqliyyat
Baş nazir tıxacda qaldı: Sammitin fotosessiyasına qatıla bilmədi - FOTO
Yaponiyanın Baş naziri İşiba Şiqeru tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib.
Publika.az xəbər verir ki, Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda İşibanın yer almadığı görülüb.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hayashi Yoşimasa mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almaması ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, İşibanın qəbiristanlığı ziyarət etdikdən sonra sammitin keçirildiyi məkana qayıdarkən yol qəzası nəticəsində tıxacda qalıb:
“Buna görə də o APEC ailəsi ilə fotosessiyaya qatıla bilməyib. Baş nazir APEC liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinlə ailə şəklini çəkdirə bilməyib”.
Rəsmi Kyodo agentliyinin xəbərində İşibanın paytaxt Limanın şəhərətrafı bölgəsində yapon əsilli Perunun keçmiş prezidenti Alberto Fuximorinin məzarı üzərinə gül dəstələri qoyduğu bildirilib. 1990-2000-ci illər arasında Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışmış Alberto Fuximori sentyabrda 86 yaşında vəfat edib.
Aysel Şahmar
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər






































.png)