Nəqliyyat
Bakı metrosunda vaqona niyə su axdığı bəlli oldu - AÇIQLAMA
Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.
Publika.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun olaraq su şırnağı ilə təmizlənib, texniki baxışdan keçirildikdən sonra xəttə buraxılıb.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.
İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.
Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı bildirilib.
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi


































